[ layihə ]

Ümumi Baxış

Sosial Media Strategiyası və Aylıq Kontent Planı

Bu layihənin məqsədi, xidmət sahəsində fəaliyyət göstərən bir müəssisənin sosial media üzərindən tanıdılması, izləyici auditoriyasının artırılması və potensial müştəri axınının qurulması idi. müştərinin biznes məqsədlərinə uyğun şəkildə aylıq kontent planı hazırlandı, vizual tərtibatlar yaradıldı və reklam kampaniyaları icra olundu. 1 ay ərzində səhifənin aktivliyi 3 dəfədən çox artdı, izləyici sayı və sorğular kəskin şəkildə yüksəldi. bu layihə göstərdi ki, sistemli sosial media idarəçiliyi qısa müddətdə real nəticələr verə bilər.

Layihə adı

Xidmət sektorunda fəaliyyət göstərən müəssisə üçün sosial media strategiyasının qurulması və kontent planlaması

Layihənin məqsədi

● Brendin tanınma səviyyəsini artırmaq

● İzləyici ilə əlaqə yaratmaq

● Sosial media üzərindən müştəri cəlb etmək

● Aylıq kontent sistemini qurmaq və davamlılıq yaratmaq

[ LAYİHƏ ]

görülən İşlər

1. Auditoriya və brend analizi aparıldı

2. Məqsədə uyğun platformalar seçildi (instagram və facebook)

3. 30 günlük kontent planı hazırlandı (əlavə olaraq story və reel planı)

4. Dizaynlar və post vizualları yaradıldı (canva və photoshop ilə)

5. Sosial media üçün yazı dili və mesaj tonu təyin olundu

6. Reklam kampaniyaları hazırlandı və hədəfləndirildi

7. Bütün fəaliyyətlər üçün statistik təqib və analiz sistemi quruldu

Nəticələr (30 gün ərzində)

● İzləyici sayı 950-dən 2800-ə yüksəldi

● 60-dan çox mesaj və sorğu alındı

● Paylaşım sayı 3 dəfə artdı, aktivlik 70 faiz yüksəldi

● Sadəcə 50 azn reklam büdcəsi ilə 20 müştəri cəlb olundu

● Organik görünmə 10.000-i keçdi

Nəticədən çıxarılan əsas məqamlar

● Planlı kontent sosial mediada uğurun əsas açarıdır

● Dizayn və yazı dili auditoriyaya uyğun seçildikdə əlaqə daha güclü qurulur

● Az büdcə ilə düzgün reklam böyük dönüş gətirə bilər

● Sosial mediada davamlılıq və təhlil vacibdir